« Nabucco is becoming more real | Main | ««Nabucco» mübahisəli yataqlara görə ertələndi» »

Azərbaycan enerji baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir

[News article (interview) first published by Trend News Agency (Baku), 29 September 2009, under by-line of A. Bədəlova.]

Azərbaycan enerji baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir. Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmalar İnstitutunun elmi əməkdaşı Robert Kartler belə hesab edir.

"Rusiyanın Ukrayna ilə hazırkı münasibətləri kontekstində Avropa Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır", - çərşənbə axşamı Bakıda Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən dairəvi masada çıxış edən Katler deyib.

Planlaşdırılan yeni enerji layihələri haqqında danışarkən Katler bildirib ki, hazırda Avropa Xəzər və Yaxın Şərq regionundan Aİ ölkələrinə qaz ixracını nəzərdə tutan "Nabukko" layihəsinə çox ciddi yanaşır.

Onun fikrincə, hazırda İran qazının "Nabuko" kəməri ilə ötürülməsi ümidləri çox azdır.

"İranda enerji infrastrukturu hazırda ölkədə elə də yaxşı olmayan biznes mühitinin mövcud olması və şəffaflığın olmaması ilə əlaqədar çox aşağı səviyyədədir", - Katler bildirib.

2014-cü ildə "Nabukko" qaz kəmərinin ötürmə gücü 8 milyard kubmetr təşkil edəcək və 15,7 milyard kubmetrə, sonradan isə ildə 25,5 milyarda kimi artacaq. "Nabukko"-nun elan olunmuş 31 milyard kubmetrlik layihə gücü qaza olan tələbatdan və onun tədarük mənbələrinin sayından asılı olacaq.


Copyright © Robert M. Cutler unless otherwise noted.
See reprint info if you want to reproduce anything in any medium.
For individual, non-commerical use only.
This Web-based compilation: Copyright © Robert M. Cutler
URL:  http://www.robertcutler.org/blog/2009/09/azrbaycan_enerji_baximindan_av.html
First published by Trend News Agency (Baku), 29 September 2009, under by-line of A. Bədəlova.


RSS feed Atom feed Follow Facebook Networked Blog Twitter
notification

About

This page contains a single entry from the blog posted on September 29, 2009 12:48 AM.

The previous post in this blog was Nabucco is becoming more real.

The next post in this blog is ««Nabucco» mübahisəli yataqlara görə ertələndi».

Many more can be found on the main index page or by looking through the archives.

Powered by
Movable Type 3.33